Türkiyə İsrail ilə diplomatik, ticarət və digər əlaqələri kəsib

“Hazırda Türkiyə Cümhuriyyəti dövləti və hökuməti
olaraq İsraillə əlaqələrimizi kəsmişik”, – Bu sözləri
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə
Ərəbistanı və Azərbaycan səfərlərindən qayıdışı zamanı
təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Hazırda İsraillə heç bir münasibətimiz yoxdur. Bundan
sonrakı dövrdə də münasibətlərin yaxşılaşdırılması
istiqamətində hər hansı addım atmağı düşünmürük.
Hazırda Xalq Alyansı İsraillə əlaqələri kəsməkdə qəti
qərarlıdır. Biz bu qətiyyətimizi gələcəkdə də davam
etdirəcəyik. Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə
Cümhuriyyəti hökuməti İsraillə münasibətləri davam və
inkişaf etdirməyəcək. Belə bir niyyətimiz də yoxdur.
İsraillə ticarəti də, əlaqələri də kəsdik, nöqtə”, – deyə
Ərdoğan bildirib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.