Noyabrın 13-dən 17 yaşlı azərbaycanlı yeniyetmə Nigar Dəbbaği
molla rejimin qüvvələri tərəfindən həbs edilərək, Təbriz zindanında
həbsdə saxlanılır.
Məlumata görə, Baharıstan Peşə Kollecinin öyrəncisi olan Nigar
Dəbbaqiyə qarşı Təbriz İnqilab Məhkəməsi tərəfindən “insanları
ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə sövq
etmək”, “İslam müqəddəslərini təhqir etmək”, “dövlət quruluşuna
qarşı təbliğat aparmaq”, “ölkə rəsmilərini və məmurları təhqir
etmək”, “ölkənin ali rəhbərini təhqir etmək” kimi ittihamlar irəli
sürülüb.
Bildirilib ki, onun ittihamnaməsində “müttəhimin peşman olmaması”
da vurğulanıb. Qeyd olunub ki, güneyli astma xəstəliyindən əziyyət
çəkir və yaxınları onun zindanda ağır şəraitdə saxlanıldığından
narahatdırlar. Hüquq müdafiəçilərinin sözlərinə görə, Nigar
Dəbbaqidən məcburi etiraf almaq istəyirlər və onun telefonunu da
müsadirə ediblər.
aznews.tv
Şərhlər bağlıdır.