İranda 12 məhbus edam edildi

İnsan haqları təşkilatlarının yaydığı məlumata görə son iki gün ərzində
İranın Məşhəd, Kərəc, Yəzd, Lakan və Zahidan şəhərlərinin
həbsxanalarında 12 məhbusun edam hökmü icra olunub.
Bildirilib ki, edam edilənlərin 9-u narkotik maddələrin alveri, 3-ü isə adam
öldürməkdə günahlandırılıb. Bununla da cari ildə İran həbsxanalarında
edam edilənlərin sayı 850-i keçib.
Onu da deyək ki, son bir neçə gün ərzində Beynəlxalq Əfv Təşkilatı,
BMT-nin İnsan Hüquqları Şurası və Avropa Parlamenti İran
hökumətindən edamların dayandırılmasını tələb ediblər.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.