Yaponiya hökumətinin Urmiya gölünün bərpasına köməyi

Yaponiya hökuməti İranın Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya
gölünün bərpasına 4,5 milyon dollar məbləğində yardım ayırıb.
Bu məlumatı azerbaycan-ruznamesi.org ir.voanews.com-a istinadən yayıb.
Məlumata görə, maliyyə yardımı Urmiya gölünün bərpası və ətraf yaşayış
məntəqələrinin bataqlıqlardan mühafizəsinə xərclənəcək.
Bildirilib ki, layihə 2024-2028-ci illərdə BMT-nin Ətraf Mühit Təşkilatı, Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq nəticəsində həyata
keçiriləcək. Bu, iki ölkə arasında İranın bataqlıq ərazilərini, xüsusilə Urmiya
gölünü qorumaq üçün ikinci əməkdaşlıq layihəsidir.

Şərhlər bağlıdır.