ANA HİKMƏTİ: TORPAQ YEYƏRİK, AMMA TORPAQ VERMƏRİK!

irs_azerbaijan-dan götürdüyümüz aşağıdaki sitat mübariz xalqın mənəviyyatından qaynaqlanan, nəsillərə yadigar qalan örnək olduğundan oxuculara təqdim etməyi özümüzə borc bildik.

«Mən heç vaxt ağlamazdım, ağlasaydım, Məşrutə Hərəkatında mənim arxamca gələn xalq ruhdan düşərdi. Hərəkatımızda ruh düşkünlüyü olsaydı, məğlub olardıq…
Lakin, Məşrutə Hərəkatı zamanı, bir dəfə göz yaşı tökdüm…
9 ay idi mühasirədə idik… ac, susuz, paltarsız… Mən düşərgəyə çıxdım. Gözümə, qucağında körpəsi olan bir qadın dəydi. Uşaq anasının qucağından düşdü və aclığından yerdəki otların kökündən dərib, torpaq qarışıq yeməyə başladı.
Mən, öz-özümə, ürəyimdə dedim: «İndi uşağın anası mənə lənət oxuyur ki, Səttarxan bizi bu günə salıb…». Amma, Ana körpəyə sarı gəldi və onu qucağına alıb, dedi: «Eybi yoxdur, mənim gözəl balam, torpaq yeyərik, amma torpaq vermərik!».

Qafarova

Şərhlər bağlıdır.