Düşünürəm ki, 2025-ci ildə Trampın atacağı ilk addımlardan biri də İranla
bağlı olacaq.
Azerbaycan-ruznamesi.org milli.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov SEPAH-ın 120 minlik şəxsi heyətlə genişmiqyaslı hərbi təlimlərinin Donald Trampın 20 yanvarda keçiriləcək andiçmə mərasiminə qədər davam etməsinin ABŞ-a mesaj olması haqda şərhlərə münasibət bildirərkən deyib. Hərbi ekspert bildirib ki, İran zaman-zaman belə bleflər edib:
“Bu təlimlər də hədə-qorxu xarakterlidir. Lakin bu mövzuda İranın məqsədlərinə
çatacağını düşünmürəm. Çünki İran özü də bilir ki, nə Amerika, nə də Fransa
ilə ayaqlaşa bilər. İndiki halda İran anlayır ki, ABŞ-da Donald Trampın prezidentlik vəzifəsini icra etdiyi dönəmdə ərazisinə mütləq zərbə endiriləcək.
Bu, bir ay tez və ya beş ay gec ola bilər.
Qeyd edim ki, Trampın bu tip hədə-qorxulardan çəkinəcəyini düşünmürəm.
Əksinə, SEPAH-ın meydan oxuyan təlimi Trampın qərarını tezləşdirə bilər”.
Üzeyr Cəfərov əlavə edib ki, artıq İranın blefləri ciddiyə alınmır:
“İran ordusunun zəif olduğunu düşünmürəm. Ancaq ötən il İranın sabiq
prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğradı, 10 saat yerini təsbit edə
bilmədilər. Axırda Türkiyə PUA-sı köməyə gəldi. Daha sonra, HƏMAS lideri
İsmayıl Haniyə İranda sui-qəsd nəticəsində öldürüldü və İran bunun qarşısını
ala və ya cavabını verə bilmədi. Ona görə də hesab edirəm ki, İranın hərbi və
təhlükəsizlik məsələsində ciddi zəiflikləri var”./axar.az
Şərhlər bağlıdır.