İranın tanker sahibləri Norveçə də yol tapıblar

Norveç mediası iki gün öncə Osloda yerləşən “Ro Marine” şirkətinin Rusiya və
İran gəmiləri üçün saxta sığorta sənədləri verdiyini açıqlayıb.
Norveç Təhlükəsizlik Xidməti şirkət işçilərinin İran və Rusiya neft və qazını
daşıyan tanker və gəmilər üçün qanunsuz olaraq saxta sığorta sənədləri
hazırladıqlarını bildirib.
Sığorta şirkətinin sənədlərinə baxış zamanı məlum olub ki, hüquqi sənədlər
Norveç Maliyyə Nəzarəti Təşkilatı tərəfindən təsdiq edilib, ancaq möhür və imza
saxtadır. Bu işlə bağlı dörd nəfər həbs edilib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.