Diaspor Gənclərinin VI Yay Düşərgəsinə qeydiyyat davam edir

“Konstitusiya və Suverenlik ili”nə həsr olunan və 2025-ci ilin 3–9 avqust tarixində Xankəndidə keçiriləcək Diaspor Gənclərinin Vl Yay Düşərgəsinə qeydiyyat prosesi davam edir.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, VI düşərgənin elan olunmasından ötən qısa müddət ərzində 100-dən artıq gənc iştirak üçün müraciət edib.

Qeyd edək ki, müraciətlərin sayının çoxluğu layihəyə olan xüsusi marağın, onun beynəlxalq nüfuzunun artmasının, eyni zamanda xaricdə yaşayan gənclərimizin işğaldan azad olunmuş əraziləri görmək, Vətənimizi daha yaxından tanımaq və onun inkişafına birbaşa şahid olmaq istəyinin bariz nümunəsidir.

İştirak üçün 31 may 2025-ci il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket forması tam olaraq doldurulub göndərilməlidir. Seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və videomüsahibələr formasında keçiriləcək.

Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatları əldə etmək üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir.

Əlavə məlumat üçün:

E-mail: youthcamp@diaspora.gov.az

Tel.: ‪+994 12 493 10 54

WhatsApp: ‪+994 51 867 36 02

Məlumat üçün bildirək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində beş yay düşərgəsi təşkil olunub. Bu düşərgələrdə dünyanın 60-dan artıq ölkəsindən yüzlərlə gənc iştirak edib.

Əliş Abdulla

Bakı. Trend:

Şərhlər bağlıdır.