ABŞ-DA KORONAVİRUS

500 MİN İTKİ, 5 GÜN MATƏM

Birləşmiş Ştatlarda koronavirus qurbanlarının sayı 500 minə çatmaqdadır. Bu, ABŞ tarixində misli görünməmiş itkidir. Ağ Ev rəhbəri Co Bayden maraqlı müqayisə aparıb. Deyib ki, “bir neçə gün sonra qurbanların sayı 500 mini keçəcək. Bu, İkinci Dünya Müharibəsində və digər hərb meydanlarında öldürülən amerikalıların sayından dəfələrlə çoxdur”.
İnformasiya agentlikləri bildirirlər ki, ABŞ prezidenti faciənin masştatını nəzərə alaraq bununla əlaqədar olaraq ölkədə 5 günlük matəm elan edib.
Dövlət başçısının mətbuat katibi Cen Pısaki həmin günlərdə bayraqların endiriləcəyini bildirib. Qeyd olunub ki, bu Birləşmiş Ştatların İkinci Dünya, Vyetnam və Koreya müharibələrindəki itkilərinin sayından çoxdur. Nəşrin iddiasına görə, İkinci Dünya müharibəsində 291 min amerikalı həlak olub. Daha 47.434 Amerika hərbçisi Vyetnamdakı müharibənin qurbanına çevrilib. Birləşmiş Ştatlar eləcə də Koreya müharibəsində 33.739 əsgər və zabitini itirib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.