Çox böyük təssüflə xəbər verildi ki, əziz dostumuz Nasir Səhənd mayın 25
də Berlin vaxtilə təxmini saat 22:00-da dünyasını dəyişib.
Bu şəkil Nasirin Bakıda Əli Həqşinasın anım gecəsində çıxışında
çəkilmişdir.
Nasir Səhənd 50 ilə yaxın Azərbaycan musiqisini sirlərinə yiyələndikdən
sonra onu qorumuş, yaymış və öyrətmişdir.
Qürbətdə yaşamağına baxmayaraq, hər zaman Azərbaycan mədəniyyətini
tanıtdıran şəxs olmuşdur.
Berlin şəhərində yaşayan, Azərbaycan Kültür Evini yaradan və
qoruyanlarından biri kimi yaddaşlarda qalmışdır. Təmiz ürəkli insan,
vətənsevər bir türk, mehriban dost və ata kimi qəlbimizdə yaşayacaqdır.
Şərhlər bağlıdır.