Deyəsən Fransa da Fələstini tanıyacaq

Bu barədə RTL kanalının efirində ölkənin xarici işlər naziri Jan-Noel
Barro deyib: – Bir neçə gündən sonra Nyu-Yorkda baş tutacaq konfransla
əlaqədar biz bir sıra ölkələri, eləcə də bütün maraqlı tərəfləri,
xüsusilə Fələstin Milli Administrasiyasını, regionun ərəb ölkələrini
Fələstin dövlətinin yaradılması və mövcudluğuna bütün
maneələri aradan qaldırmaq üçün öhdəliklər götürməyə cəlb
etmək əzmindəyik. HƏMAS hərəkatının tərksilah edilməsi mütləq
zərurətdir, əks halda “Qəzza və Fələstin üçün gələcək sülh və
sabitlik mümkün olmayacaq.
Aprel ayında Fransa Prezidenti Emmanuel Makron ölkənin bu ilin
iyununda Fələstin dövlətini tanıyacağını gözlədiyini bildirmişdi.
Onu da deyək ki, iyunun 17-dən 20-dək BMT-nin Nyu-Yorkdakı
mənzil-qərargahında İsrail-Fələstin münaqişəsinin həllinə dair
beynəlxalq konfrans keçiriləcək.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.