Xəbər saytı niyə bağlandı?!

İranda tənqidi material dərc edən “Entexab” saytı bağlanıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, xəbər saytının “İran brendinin hərracı”, “İranın xarici siyasəti niyə bu
qədər zəifləyib?” başlıqlı video və reportajı yayımlamasından sonra fəaliyyəti
dayandırılıb.
Saytın bağlanmasına əsas səbəblər kimi İranın milli maraqlarına, xarici
siyasətinə zidd və İran valyutasının dəyərdən düşməsi ilə əlaqədar materiallar
dərc etməsi göstərilir.
Qeyd edək ki, sözügedən media qurumu İranın keçmiş prezidentləri Əli Əkbər
Haşimi Rəfsəncani və Həsən Ruhaniyə yaxın mövqeyi ilə tanınır.

Şərhlər bağlıdır.