Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) onlayn toplantısı keçirilib. Toplantıda Skandinaviya AKŞ-nin Finlandiya üzrə sabiq koordinatoru, Azər-Türk Gənclər Təşkilatının sədri və Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova, Skandinaviya AKŞ-nin Finlandiya üzrə koordinatoru Mona Savojifar, Norveç üzrə koordinatoru Fariz Nadir Rzayev, İsveç AKŞ-nin Stokholm üzrə koordinatoru Aida Amir Haşimi, Yöteborq üzrə koordinatoru Ülviyyə Nəcəfova iştirak ediblər.
İclas zamanı Koordinasiya Şurasının təşəbbüsləri, yeni seçilmiş koordinatorların gələcək layihələri, o cümlədən şuranın fəaliyyət planı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İştirakçıların sualları cavablandırılıb, təkliflər müzakirə olunub.
23 iyun, 2025
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
Şərhlər bağlıdır.