Tariyel Ümid Ruhların tüğyanı  (Xocalı faciəsinin ildönümünə)

Tariyel Ümid
İranlı Mühacirlər Yazarlar Birliyinin sədri,
Dədə-Qorqud Beynəlxalq mükafatı laureatı

 

Sanki qaranlıq çökdü,
Ağdamın axşamına.
Erməni mərmi tökdü,
Xocalının başına.

Qaçan, ölən, yıxılan,…
Ruhların tüğyanıydı.
Xocalı faciəsi,
Bu dünyaya yayıldı.

Qara torpaq üstündə,
Şəhidlər sıralandı.
Anaların səsindən,
Göydə quşlar dayandı.

Yolların qarı, buzu,
Kafirlərdən yaxşıydı.
Xəncərlənmiş bu gözlər,
Bir körpə baxışıydı.

Yandı evlər eşiklər,
Hər tərəf od içində.
Bir dəhşət ola bilməz,
Bu donda bu biçimdə.

Əlləri kəsilən kim,
Qolları kəsilən kim.
Ağbirçək, ağsaqqallar,
Bədəni deşim-deşim.

Əli yalın insanlar,
Baxırlar naçar-naçar.
Ermənisi-rusu
Qəsbkardır qəsbkar!

Bizdə belə qalmarıq,
Qaniçən Qaniçənlər
Torpaqdan qalxacaqlar,
Bizim doğma şəhidlər.!

Sizi də belə bir gün,
Gözləyir yaxındadır.
Ay erməni dığası,
Gizlənmə yaxında dur!

Yurd-yuva bizimkidir,
Ağac sənə bar verməz.
Daşlarımız incidir,
Dağlar sənə qar verməz

Şərhlər bağlıdır.