İran Zəngəzur dəhlizinin reallaşmasını region dövlətlərinin ərazi bütövlüyünü
pozulmadığı təqdirdə dəstəkləyir.
IRNA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, bu marşrutla bağlı İslam Respublikasının tələbləri nəzərə alınıb.
“Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala
tranzitə mane olmur”, – Pezeşkian vurğulayıb.
Eyni zamanda, İran Prezidenti tikintidə Amerika və Ermənistan şirkətlərinin iştirakından
narahatlığını bildirib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.