Alburz əyalətinin Kərəc su anbarının qurumasından sonra bəndin yatağında 74
insan cəsədi aşkarlanıb.
Bu barədə xəbəri əyalətin “Spidar” qəzeti məlumat yayıb. Beləliklə, neçə
müddətdən bəri kimliyi bilinməyənlərin faciələri və məruz qalıqları cinayətlər
üzə çıxıb.
Məlumatda deyilir: kimliyi naməlum meyitlərin çoxunun əl və ayaqları bağlı olub.
Qeyd edilir ki, “Cəsədlər əsasən əlləri və ayaqları ilə bağlanmış, sellofon, xalça
və ya kovralitə bürünmüş şəkildə bənddə atılıb. İndiyə qədər məhkəmə və
təhlükəsizlik orqanları onların şəxsiyyəti və ölüm səbəbləri barədə məlumat
verməyib”.
Məlumat dərc olunandan bir neçə saat sonra qəzetin saytından slinib.
Bunun Təhlükəsizlik və Ədliyyə Nazirliklərinin təzyiqi nəticəsində baş verdiyi
deyilir.
Qeyd edək ki, ötən illərdəki etiraz aksiyalarında onlarla şəxs itkin düşüb və
dövlət qurumları onların barəsində araşdırma aparmaq, məlumat verməkdən
imtina edib.
Kərəcin su anbarında aşkarlanan meyitlərin təhlükəsizlik qüvvələrinin
öldürdüyü və itkin düşdükləri elan edilən şəxslər olduğu ehtimal olunur.
Azerbaycan–ruznamesi.org
Şərhlər bağlıdır.