Bu çərçivədə, saat 10:00-da İranın İsveçdəki səfirliyinin qarşısında PROTESTO AKSIYASI keçiriləcəkdir və eyni gün saat 13:00-da GATƏŞ-in platforma sunumu və müzakirə konfransı baş tutacaqdır.
Etiraz aksiyasının məqsədi İran rejiminin Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan Türk Milləti və bütün əzilən xalqlara qarşı həyata keçirdiyi siyasi-iqtisadi ayrı-seçkilik, ana dilinə qadağalar, ətraf mühitin məhv edilməsi, siyasi təqiblər və insan haqları pozuntularına diqqət çəkməkdir.
Konfransın məqsədi isə “Azərbaycan Milli Hökuməti”nin 80 illiyini anmaqla yanaşı, Güney Azərbaycanda və ümumilikdə İran ərazisində Türk millətinin qədim dövlətçilik ənənələrinə əsaslanaraq milli tələbləri və mövcud problemləri müzakirə etmək, Azərbaycan təşkilatları arasında əməkdaşlığı gücləndirmək və gələcək fəaliyyətlərin ortaq istiqamətini müəyyənləşdirməkdir.
“Azadlıq, Ədalət, Milli Hökumət” fəlsəfəsindən ilhamlanaraq keçiriləcək bu toplantıda Azərbaycanın və ümumilikdə Türk millətinin İranda yaşayan bütün məzlum xalqların azadlığı və səadəti yolundakı öncü rolu vurğulanacaq və Şuranın təqdim edəcəyi yol xəritəsi-platforma dünya ictimaiyyətinə təqdim ediləcəkdir.
Bu vesilə ilə bütün azadlıq və ədalət sevərlər tədbirlərə dəvət olunurlar.
**
PROTESTO AKSIYASI
Tarix: 13 dekabr 2025
Saat: 10:00
Məkan: İranın İsveçdəki səfirliyinin qarşısı
Ünvan:
İran Səfirliyi
Elfviksvägen 76, 181 90 Lidingö (Stockholm)
**
KONFRANS
Tarix: 13 dekabr 2025
Saat: 13:00 – 18:00
Yer: Scandic Star Sollentuna Hotel
Aniaraplatsen 8, 191 21 Sollentuna (Stockholm)
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası
Orqanizasyon Komissiyası
Şərhlər bağlıdır.