Bakıda, Birinci Fəxri Xiyabanda dəfn edilmiş Seyid Cəfər Pişəvəri və General Qulamyəhya Daneşian iki Azərbaycanın da qəhrəman övladı, cənubla şimal arasında mədəni bağları, milli-mədəni birliyi simvolizə edən tarixi şəxsiyyətlərdir.
Hər il olduğu kimi, bu ilin dekabr ayının 12-də keçiriləcək Cənubi Azərbaycanda “21 AZƏR” inqilabının 80 illiyi ərəfəsində Güney Azərbaycan Milli Azadlıq Hərəkatının veteranları Fəxri Xiyabanı ziyarət etdilər. ADF-nin siyasi mirasını çiyinlərində daşıyan və bu mirası gələcək nəsillərə ötürməyi qarşısına məqsəd qoyan milli-azadlıq veteranları bütün bayramlarda rəhbərlərinin ziyarətinə gəlirlər.
Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseyinzadə, ADF-nin rəhbəri olmuş, güneral Qulamyəhya Daneşianın oglu Bəhram Daneşian, inqilab şairi Tariyel Ümid, birinci Qarabag döyüşlərinin iştitakçısı, ehtiyatda olan polkovnik Nizami Rzaşuari, təcrübəli ADF kadrlarından Nadir Ajannəjad, dosent Pərviz Kazimi Fəxri Xiyabanı ziyarət etdilər. Həmin gün, 21 Azərin yaşıdı olan Bəhran Daneşianın 80 illik yubileyi ilə əlaqədar Güney Azərbaycan milli hərəkatın simvolu olan, atası-Qulamyəhya Daneşianın abidəsi önündə ona ADF-nin xatirə “Plaketi” təqdim olundu.

Ziyarət iştirakçıları Güney Azərbaycan Milli hərəkatının rəhbərləri haqqında, Seyid Cəfər Pişəvəri və general Qulamyəhya Daneşian haqqında xatirələrini danışdılar, dünyasını dəyişmiş “mübarizə səngərində” dostluq etmiş şəxsləri xatırladılar. 21 Azərin yaşıdı olan Bəhram Daneşian atası haqqında, onun silahdaşları haqqında və məzmunlu həyatın müxtəlif səhifələrindən söhbət açdı.

Azərbaycanın böyük şəxsiyyətlərini Fəxri Xiyabanda ziyarət etdikcə, insanda xalqın böyük oğullarının, böyük şəxsiyyətlərin milli məqsəd və arzuları yolunda fədakarlıqlarını xarırlayırsan. Qürurvericidir ki, Fəxri Xiyaban daima ziyarətçilərlə doludur. Orada dəfn olunmuş tanınmış şəxsiyyətlərin abidələrinin yanında dayanmamaq, onların xidmətlərini xatırlamamaq, onlarla qürur duymamaq mümkün deyil.
Fəxri Xiyabana edilən ziyarətlər qədirbilən xalqın öz övladlarına borcu olaraq qiymətləndirilsə də, yeni nəslin, gələcəyi quracaq nəsillərin bu ənənələri davam etdirməsi çox vacibdir.
https://crossmedia.az/az/article/58170
Şərhlər bağlıdır.