1918-Cİ İL SOYQIRIMI” KİTABI

HƏSƏN SƏFƏRİNİN “CƏNUBİ AZƏRBAYCAN:

AMEA-nın Akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Həsən Səfərinin “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” (Bakı, 2016) adlı monoqrafiyası Güney Azərbaycanda erməni vandalizminin, soydaşlarımıza qarşı soyqırımının öyrənilməsi baxımından qiymətli tədqiqat nümunələrindəndir. Monoqrafiyada I Dünya müharibəsinin gedişində Qərb dövlətləri və Rusiyanın köməyi sayəsində yaradılan erməni silahlı dəstələri tərəfindən Cənubi Azərbaycanın Urmiya, Salmas və Xoy kimi yaşayış məntəqələrində 200 minə qədər azərbaycanlının soyqırıma məruz qalması araşdırılır.

Oxuculara təqdim olunan bu kitabda bəzi Qərb dövlətləri və çar Rusiyası nümayəndələrinin, eləcə də missioner təşkilatların Azərbaycan və Türkiyə ərazisində dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq məqsədilə erməniləri təşkilatlandırıb silahlandırmaları mötəbər mənbələr əsasında araşdırılıb təhlil edilir.

Kitabı vərəqləyib hadisələrin gedişi ilə tanış olanlar bu olaylarla, onları təsdiqləyən mənbə və sənədlərlə, eləcə də hadisə şahidlərinin xatirələri ilə ətraflı tanış olacaq, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımın miqyası haqqında daha geniş təsəvvürə malik olacaqlar.

Bütün həmvətənlərimizə milli birlik, torpaqlarımızın bütövlüyü və toxunulmazlığını təmin etmək yolunda əzm, iradə və fədakarlıqlar diləyirəm.

Eşq olsun Azərbaycana, eşq olsun Azərbaycan xalqına!
Fədai oğlu
P.S. Kitabın linki:
https://ebooks.az/book_TV7CcvB8.html

Şərhlər bağlıdır.