Qasım Süleymaninin ortadan götürülməsinə səbəb amillərdən biri
Nazirin səs yazısında onun Rusiya ilə birgə nüvə anlaşmasını sabotaj etdiyini deyir
İranın Xarici işlər naziri Cavad Zərifin səs yazısı yayılıb. Səs yazısında İranın İnqilab Keşikçilərinin “Qüds” briqadası komandanı, general Qasım Süleymani Rusiya ilə birlikdə İranın nüvə razılaşmasını sabotaj etməkdə ittiham olunur.
Kütləvi informasiya vasitələri xəbər verir ki, 2020-ci ilin yanvarın 3-də Bağdad beynəlxalq hava limanı yaxınlığında ABŞ-ın hücumu nəticəsində öldürülən general Qasım Süleymani ilə bağlı müzakirələr zamanı onun ortadan götürülməsinə bu amilin də təsirsiz ötüşmədiyi bildirilir.
“Arabnews”in xəbərinə görə, ortaya çıxan səs yazısında Cavad Zərif İranın 2015-ci ildə ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Almaniya ilə imzaladığı nüvə razılaşmasından sonra Moskvaya səfər edən Qasım Süleymani Rusiya ilə birlikdə razılaşmanı sobotaj etməyə çalışıb.
C.Zərif
İranda prezident seçkilərinin yaxınlaşdığı bir zamanda, ölkənin “qəhrəmanlıq nümunəsi”nə çevrilən Qasım Süleymani haqqında Cavad Zərifin səs yazısının yayılması bu baxımdan xüsusilə diqqət çəkir.
Londonda qərarlaşan İran Beynəlxalq Televiziya Kanalının Cavad Zəriflə 3 saatlıq müsahibəsi də İran İnqilab Keşikçiləri Korpusunun ölkənin xarici əlaqələrindəki təsirini ortaya qoymaq baxımdan əhəmiyyətlidir.
Məlumata görə, jurnalist Səid Laylazın Cavad Zəriflə müsahibəsi mart ayında götürülüb və avqust ayında İran prezidenti Həsən Ruhaninin hakimiyyətdən getməsinin ardınca yayılması gözlənilirmiş.
2017-ci ildə qurulan İran Beynəlxalq Televiziya kanalının Şahzadə Salmana yaxınlığı ilə seçilən Səudiyyəli iş adamı tərəfindən maliyyələşdirildiyi və qurum üçün ofşor hesabdan 250 milyon dollar dəstək verildiyi iddia olunur.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.