ABŞ-IN 2022-Cİ İL ÜÇÜN BÜDCƏ XƏRCLƏRİ

RUSİYA VƏ ÇİNDƏN BİRGƏ 3 DƏFƏ ÇOXDUR, HAY-KÜY İSƏ DAHA ÇOX

Ağ Evin oktyabrın 1-dən başlayacaq 2022 maliyyə ili üçün dövlət büdcəsi Rusiya və Çinin ümumilikdə büdcəsindən 3 dəfədən də çox ola bilər. Bu barədə büdcə təklifi ABŞ Konqresinə təqdim olunub.

Biz fövqəldövlətin digər sahələrə ayıracağı xərcləri bir kənara qoyaraq müdafiə xərclərinin üzərində xüsusi dayanmaq istəyirik. Çünki bu xərclərə baxanda o dəqiqə məntiqi nəticə çıxartmaq olur ki, ABŞ heç də dünyada əminamanlıq mühitinin bərqarar olmasında maraqlı deyil. Ona görə ki, bu dövlətdə rəhbərlik əslində böyük qüdrətə malik militarist qüvvələrin əlində olub. Silahlanmaq üçün vəsaitin artırılmasında maraqlı olmayan, yaxud həmin qüvvələrin mənafeyini təmsil etməyən prezidentləri həmişə faciələr gözləyib.

Büdcə təklifinin federal xərcləmələri II Dünya müharibəsindən bu yana qeydə alınan ən yüksək səviyyədir.

Respublikaçılar Partiyası Con Baydenin xərcləmə və vergi planının borc yükünü və inflyasiyanı artıracağından ehtiyatlanır.

Məlumat üçün xatırladaq ki, Rusiyanın müdafiə xərcləri ümumilikdə 55 milyard dollara çatsa da, Çinin illik müdafiə büdcəsi 200 milyard dollara çatmayıb.

Nazim

Şərhlər bağlıdır.