DƏRYA QUŞUYAM, SARSIDA BİLMƏZ MƏNİ TUFAN

Dərya quşuyam, sarsıda bilməz məni tufan,

Neylər bu ulu dağə əgər püsgürə vulkan?

Tufanda nə qüdrət ki, məni salsın ayaqdan,

Eldəndi gücüm, el kökünə bağlıyam hər an.

Kəskin qələmim oldu gücüm, el nəfəsindən,

Ta camiənin dərdlərinə eyləmə dərman.

Ey şanlı müqıddəs ana, ey köhnə diyarım,

Hər əmrinə amadəyəm indi, nədi fərman?

Ustad Yəhya Şeyda

Şərhlər bağlıdır.