Bu fikirlər müxtəlif kütləvi informasiya vasitələrində yayımlanıb. Müraciət İran İslam Respublikasının yeni prezidenti seçilən, Seyid İbrahim Rəisiyə ünvanlanıb. Azerbaycan-ruznamesi.org həmin fikirlərin aktuallığını və obyektifliyini nəzərə alaraq yayımlamağı qərara alıb.
-Mənim ondan bir azərbaycanlı müsəlman olaraq böyük gözləntilərim var.
Ümid edirəm, qədim qonşumuz olan İranın yeni seçilimiş prezidenti cənab İbrahim Rəisi, sələfindən fərqli olaraq ermənilərlə məsafə saxlayacaq, ən azından Ermənistanın baş naziri ilə Xocalı soyqırımı günündə görüşməyəcək, Qarabağ məsələsində Azərbaycanı birmənalı olaraq dəstəkləyəcək, İran üzərindən Ermənistana silah daşınmasına göz yummayacaq, “Zəngəzur dəhlizinə” etiraz etməyəcək, Ermənistanın ərazi bütövlüyünü İranın qırmızı xətti görməyəcək, Azərbaycana “tarixi İran torpağı” deməyəcək, həmçinin İranda fars dili ilə yanaşı türk dilini dövlət dili elan edəcək, ən azından güneyli soydaşlarımızın Ana dildə təhsil almalarına icazə verəcək, indiyə qədər Ana dildə təhsil üçün mübarizə aparan soydaşlarımızı həbsdən azad edəcək, indiyə qədər bu yolda edam edilmiş və ya öldürülmüş soydaşlarımıza bəraət verəcək, ailələrindən İran dövləti adından üzr istəyəcək, Qərbi Azərbaycan əyalətinin kürdləşdirmə siyasətinə dur deyəcək, azərbaycanlıların farslaşdırılması siyasətinə son qoyacaq. İnşallah!
Bir azərbaycanlı müsəlman
Şərhlər bağlıdır.