Bu günlərdə kütləvi informasiya vasitələri ABŞ-ın Ədliyyə Nazirliyinin məlumatını yayımlayıb. Məlumatda deyilir ki, ABŞ İrana tətbiq etdiyi sanksiyaları pozduqları üçün İslam Respublikasının Televiziya və Radio Təşkilatının istifadə etdiyi 33 və “Kataib Hizbullah” tətəfinrən idarə edilən 3 internet saytını bloklayıb.
Bildirilib ki, nazirlik həbs qoyulanlar arasında İran teleradio şitkərinə aid ərəb və ingilis dillərində fəaliyyət göstərən bir sıra internet saytının olduğunu təsdiqləyib.
Azerbaycan-ruznamesi.org “Azerbaycan24” saytına istinadən bildirir ki, ABŞ-ın Xarici Aktivləri Mühafizə İdarəsi (OFAC) 2020-ci il oktyabrın 22-də İran İnqilab Keçikçiləri Qvardiyasının Qüds qoşunu tərəfindən idarə edilən İRTVU-ya (İran radio-televiziyaları birliyi) sanksiya tətbiq etdiyindən ona bağlı internet saytları da domen xidmətindən istifadə edə bilməyəcək.
OFAC 2009-cu iyulun 2-də “Kataib Hizbullah”ı sanksiya tətbiq edilənlər siyahısına daxil edib. ABŞ Dövlət Departamenti isə onu terrorçu qruplaşma olaraq tanıyıb.
Hesablarına və domeninə həbs qoyulan 3 internet saytı OFAC-ın lisenziyasına malik deyillər. Həbs edilən saytları ABŞ-ın Ticarət Nazirliyi Sənaye və Təhlükəsizlik ofisi, İxracat Tətbiqat Ofisi və Federal Təhqiqat Bürosu (FBİ) tərəfindən araşdırılıb. Bundan sonra ABŞ-ın Kəşfiyyat və İxracata nəzarət Milli Təhlükəsizlik qurumu həmin saytlarıa həbs qoyub.
Şərhlər bağlıdır.