İRANIN YASUC ŞƏHƏRİNDƏ ETİRAZLAR

Azerbaycan-ruznamesi.org İranda prezident seçkilərinin saxtalaşdırılmasına dair sosial şəbəkələrdən daha bir məlumat və video əldə edib. İnformasiyada göstərilir ki, İranın Yasuc şəhərində prezident seçkilərinin nəticələrinə etiraz edənlər polis tərəfindən döyülərək tutulublar.

İranın Kohgiluyə və Boyer-Əhməd əyalətinin Yasuc şəhərində xalq son bir neçə gündür prezident seçkilərinin nəticələrinə etiraz mitinqi keçirir.

İctimai şəbəkələrdə yayılan görüntülərdə bölgəyə çox sayda xüsusi polis qüvvələri və təchizatın gətirildiyi müşahidə edilir.
Məlumatlara əsasən, ötən günlərdə çoxlu sayda insan polis tərəfindən vəhşicəsinə döyüldükdən sonra tutulub.
Xatırladaq ki, iyunun 18-də İranda keçirilmiş 13-cü prezident seçkilərində “Tehran qəssabı” ləqəbi ilə məşhurlaşan İbrahim Rəisinin qalib elan edilməsi istər İran xalqının, istərsə də beynəlxalq birliyin kəskin narazılığına səbəb olub.

Şərhlər bağlıdır.