İYUNUN 24-DƏ “QARABAĞ MÜHARIBƏSI QƏHRƏMANLARI” FONDUNUN AÇILIŞI OLUB
ORA YENİ NƏŞRLƏR HƏDİYYƏ EDİLİB
İyunun 24-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Qarabağ Müharibəsi Qəhrəmanları” Fondunun açılışı olub. Tədbirdə hər iki müharibənin iştirakçıları, deputatlar, tanınmış alimlər və tədqiqatçılar, ictimai-siyasi xadimlər iştirak ediblər. Çıxışlardan, təbriklərdən sonra qırmızı lent kəsilib, beləliklə fond rəsmi fəaliyyətə başlayıb.
“Elm” nəşriyyatı tərəfindən MEK-ə Zemfira Səfərovanın Azərbaycan və rus dillərində “Şuşa Azərbaycanın Musiqi Qalasıdır”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən hazırlanan “Azərbaycan Arxeologiyası” (2-ci cild), müəllifi Mahir Qəribov olan “Bir Əsr Boyunca Ermənistan-Azərbaycan Münasibətləri” kitablarıda hədiyyə edilib.
Mərasimdə Azərbaycan Demokrat Firqəsinin sədri, Zərbabi mətbuat mərkəzinin, əməkdar jurnalist Rəhim Hüseynzadə redaktoru olduğu “Qələbə şəhidləri” kitabının ikinci cildini və tərtibində iştirak etdiyi “Heydər Əliyev və Azərbaycanın Milli Qəhramanları” kitabını fonda hədiyyə edib.
Qeyd edək ki, fonda toplanan nəşrlər Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətənimizin tarixində, millətimizin ürəyində özlərinə ölməzlik abidəsi ucaldan Azərbaycanın Milli Qəhrəmanları, şəhidlər, erməni təcavüzü zamanı Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxan qazilər, bununla yanaşı Azərbaycanın tarixi torpaqları ilə bağlı məlumatların toplanıb qorunması baxımından önəmli rol oynayır.
Fondun rəhbəri Röksanə Cəfərzadə bildirib ki, burada Güney Azərbaycanda 75 il əvvəl baş verən “21 Azər” hərəkatına aid ədəbiyyat da toplanıb. Şərqşunas alim Səməd Bayramzadənin “21 Azər-75” albomu da fondu bəzəyən nümunələrdəndir.
Nazim
Şərhlər bağlıdır.