İbrahim Rəisi son üzdəniraq seçkilərdə İranın prezidenti kimi sandıqlardan çıxarıldı və 4 il müddətinə həmin vəzifəyə təhkim etdirildi. Baxmayaraq ki, İbrahim Rəisinin haqqında xaricdə yerləşən müxalifət təşkilatları və hətta daxildə namizədlik kampaniyası adı ilə fəaliyyət göstərən və yaxud həmin iddiada olan bir xeyli adam onun 1988-ci ildə imza atdığı kütləvi edam hökmləri, “ölüm komitəsi” üzvlüyü barədə məlumatları yenidən gündəmə gətirdilər.
Qeyd edək ki, bütün bunlar Ayətiulla Xomeyni tərəfindən 1988-ci ildə Tehranda prokror müavini işləyən və məhkumların edamlarına qərar vermək vəzifəsi daşıyan İ.Rəisinin üzərinə düşən bir öhdəlik idi. Rəisi bu cinayətamiz vəzifəni qəddarcasına yerinə yetirdi. Minlərlə məhbusun əvvəlcədən öncədən mühakimə olunmasına, onlara həbs cəzalarının kəsilməsinə baxmayaraq yeni hökmlərə imza atdı, hökmləri dəyişərək tam əksəriyyətini ölümə məhkum etdi. O sırada firəq üzvləri Ənuşirəvan İbrahimi, Məhəmməd Hüseyn Əmir Haşimi, Mirvəhab Əfxəmi və başqaları belə acı sonluq yaşadılar. Aministiya İnterneşenal təşkilatı 1988-ci ildə edam olulanların sayını 5 min nəfər göstərdi. Lakin 2018-ci ildəki hesabatında həqiqi sayın daha artıq ola biləcəyini söylədi. Xatıladaq ki, BMT-nin İrandakı insan haqları vəziyyəti üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın İbrahim Rəisinin 1988-ci ildən siyasi məhbusların qırğınındakı rolunun yenidən araşdırması ilə bağlı çıxışındaki təklifi əsl həqiqətlərin ortaya çıxarılmasına xidmət edirdi.
Əziz oxucular!
Göründüyü kimi İranda 8-ci prezident vəzifəsini daşıyan İbrahim Rəisi kimi qatil niyə bugünkü ölkədə hökm sürən işsizlik, evsizlik, iqtisadiyyatın bərbad bir vaxtında xarici və daxili siyasətin böhran yaşadığı bir anda seçki sandıqlarından ölkənin icaraiyyat qüvvəsinin başına gətirilib. Görünür ki, İran İslam Respublikasının ölkədə reforma aparmağa, əhalinin xeyrinə və İranda yaşayan millətlərin istəklərinə, demokratiya, ədalət və qanun naminə bir iş görmək məqsədi yoxdur. Əksinə təzyiq, ayrıseçkilik, zülm, qanunsuzluq, anarxiya, böhran, oğurluq, talan, fəsad və korrupsiya siyasətini son 42 ildə apardığı kimi davam etmək niyyətindədir. Təbii ki, bu kimi siyasət İranda yaşayan xalqlar, xüsusilə azərbaycanlılar tərəfindən müqavimətlə qarşılanacaq və biz Rəisi dövründə milli azadlıq hərəkatının yeni mərhələlərinin şahidi olacağıq. Nəticədə bu, İran rejiminin totalitar və diktatorluq, regionda jandarma roluna qarşı təkcə ölkə daxilində yox, bəlkə də regionlar və beynəlxalq təşkilatlar tərəfindən də daha artıq qınağa çəkilməsinə gətirib çıxaracaq.
Əziz oxucular!
Bildiyiniz kimi, Rəisi 30 ildən artıq İran məhkəmə orqanlarının məsuliyyətini daşıyan şəxslərdəndir, haqsızlığın, fəsadların, rüşvətxorluğun… tüğyan etdiyi İranın bugünkü durumunda onun da xeyli payı vardır. Rəisi panfarsist təfəkkürünə malik olan bir fanatik dindardır. Azərbaycan türklərinin milli, mədəni, iqtisadi, qanuni istəklərinə indiyədək göz yumub və hətta Azərbaycan millətinə qarşı şovinisti siyasətin antitürk və anti Azərbaycan fəaliyyətləri şiddətləndirməkdən çəkinməyib. O, keçmiş prezidentlər kimi əsas qanunun dil və idarəetmə maddələrini qulaq ardına vurub, Azərbaycan və digər qeyri fars məntəqələrdə özünü idarəetmə, iqtisadi reformlardan heç söhbət də açmaq istəməyhən şəxs kimi təstiqləyib. Beləliklə, Rəisidən bütün əhali zülm, həbs, şallaq, ölüm hökmündən başqa bir şey gözləməməlidir.
Rəisi özü də prezident seçilincə xalqa müsbət vədə verməkdən açıq-aşkar çəkindi. Bu o deməkdir ki, indidən qılıncını sıyırıb prezident kürsüsündə oturacaqdır. Azərbaycan xalqı özünü, vətənini qorumaq üçün daha ayıq-sayıq olmalı, daha möhkəm iradəsini ortaya qoymalı, 115 il modernləməni, demokraitiyanı, milli mədəniyyəti, özünü idarəetməni və daha geniş milli mübarizə dəstləttinə arxalanmalıdır. Bu yolda isə onlar Azərbaycan Demokrat Firqəsinin sıralarında daha sıx birləşməli, Azərbaycanın Şərqi və Qərbi, Ərdəbil, Zəncan, Həmədan ostanlarında Milli Hökumətin bərpası ideyasının həyata keçirilməsi üzrə əməli addımlar atmalıdırlar.
1 tir 1400-cü il ( 23.06. 2021-ci il)
Şərhlər bağlıdır.