ƏHALİNİN 60 FAİZİ NİSBİ YOXSULDUR

İRANDA MİLYONÇULARIN SAYI İSƏ 250 MİNƏ ÇATIB

ABŞ-ın sanksiyaları və COVID-19 pandemiyasına baxmayaraq, 2020-ci ildə İranda yüksək mənfəətə sahib fərdlərin (HNWI) sayı 21,6 faiz (qlobal ortalamada 6,3%-dən çox), o cümlədən dollarlıq milyonçuların kollektiv sərvəti 24,3 faiz artıb.

Azerbaycan-ruznamesi.org  “Forbes”in təxminlərinə istinadən hazırda İranda 250.000 milyonçu var və onların əksəriyyəti paytaxt Tehranda yaşayır.

ABŞ nəşrinin yazdığına görə, İran hökuməti Tehran Fond Birjasını dövlət pulu ilə dolduraraq bu milyonçu bumunun yaradılmasına kömək edib. Keçən ilin sentyabr ayında o, suveren sərvət fondunun (Milli İnkişaf Fondu) 1 faizini bazara çıxarıb və yanvar ayında 25 trilyon rial (təxminən 595,2 milyon dollar) məbləğində başqa bir tranş elan edilib.

Kriptovalyutalar İranın yeni milyonçuları üçün başqa bir maliyyə mənbəyinin təminatçısı olub. Ölkədəki ucuz elektrik enerjisi inkişaf edən “bitcoin” cəmiyyətini yaradıb. HNWI-lərin təxminən 72 faizi kriptovalyutalara investisiya yatırıb.

Milyonçuların sürətlə artması İranı dünyanın 14 yüksək sərvətli və Yaxın Şərqin ən zəngin ölkəsinə çevirir. İran hazırda 210.000 milyonçu ilə 17-ci sırada yer alan ən böyük rəqibi Səudiyyə Ərəbistanından da varlıdır.

İranda ifrat sərvət yeni təzahür deyil. 1990-cı illərdə varlıların övladlarına israfçı həyat tərzlərinə görə “ağazadə” adı verilib. Bu gün avtomobilləri və tətil şəkilləri “İnstaqram”da tez-tez paylaşılan ağazadələr “Tehran Rich Kids” kimi də tanınırlar.

Ölkənin Əmək Şurası isə bildirir ki, İran əhalisinin 60 faizdən çoxu nisbi yoxsulluq səviyyəsində yaşayır.

İqtisatçı

Şərhlər bağlıdır.