ŞƏHƏR ŞURALAR SEÇKİSİ BİZƏ NƏ VERDİ

Müəllif: Abdulla Əmir Haşimi Cavanşir
Tarix: 12 tir 1400- cü il (4 iyul 20121 ci il)

Əziz oxucular!

Demokratiyanı təmrin edən 115 ildən artıq xalqımız dəfələrlə başı daşdan-daşa dəysə də hər bir fürsətdə doğma vətənimiz Azərbaycanın hər bir dilbər guşəsində şəhər, kənd, qəsəbələrində seçib-seçilməni, qurub-yaradılmanı, təcrübə etmişdir. Xalqımız son 100 ildə vətəni abadlaşdırmağa, onu çiçəkləndirməkdə, yeraltı və yerüstü sərvətlərindən, münbit torpağından əlverişli coğrafi iqlimindən istifadə edərək Azərbaycan vətəndaşlarının ev, iş, məişşət, təhsil, gigiyen, təfrih və asaiş məsələlərinin həllində ciddi məsuliyyət daşıyacağına əminliklə özünə güvənliklə nümayiş etdirmişdi. Misal üçün son şəhər şuraları seçkilərin nəzəzrə alsaq, baxmayaraq ki, mərkəzi panfarsist. Paniranist, fanatik qruplara xidmət edən hökumət Azərbaycanımızın Həmədandan Astaraya qədər şəhər, kənd, qəsəbə seçkilərində də qeyri-qanuni dəxalətlər etsə də qeyrətli, ləyaqətli xalqımız məhlllərində sakin olan və əhalinin qayğısın çəkən, Azərbaycan sevən, mədəniyyətimizə, kökümüzə bağlı olan fəal, dürüstkar insanların siyahısın hazirlamış, yerli əhalimiz onlara  səs verərək öz dəstəklərin bildirmişlər. Bununla Tehran hökumətinin qərəzli və anti Azərbaycan məqsədli niyyətlərinin bir çox yerlərdə, o cümlədən Qərbi Azərbaycanın şəhərləri olan Urimiyə, Salmas, Xoy, Sulduz, Maki, Sayınqalada puça çıxarılmışdır. Bunlardan əlavə Azərbaycan tarixi şəhərləri və kəndlərində və onlardan kənarda yaşayan Azərbaycan türk icmaları öz türkdaşlarına səs verərək yüksək milli şüur nümayiş etdirmişlər. Bu barədə Sumeəsara, Lahican, Rəşt, Zərrinşəhr, Kürdköydə yaşayan  azərbaycan icmalarını örnək gətirmək olar.

Əziz oxucular!

Azərbaycan türkləri həmişə min illərdən bəri tarixdən süzülüb gələn qan yaddaşlarında cərəyan edən özlərinə məxsus xüsusiyyətlərinə görə yenilməz şücaətli, ədalətli səciyyələrlə başqalarından seçilmişlər. Bu gün millətimiz əsarətdə və vətənimiz fars şovinizminin işğalında olsa da harda yaşamağına baxmayaraq məişət məsələlərinə öz müqəddəratını müəyyənləşdirməsinə bir sözlə desək özünə ağa olamsı barədə bir anda ümidlərini itirməyiblər. Şəhər şuralarının seçkiləri zamanı çox böyük məhdudiyyətlərlə mərkəzi hökumət tərəfindən nəzarətçilərin təzyiqlərinə baxmayaraq xalqımızın igid qadın və kişiləri həmrəylik göstərərək prezident seçkilərini qətiyyətlə baykot edərkən öz sözlərini yaşadığı kənd, şəhər və ostanlarda ortaya qoya bildilər. Lakin məsələ bununla bitmir. Azərbaycan xalqının bir hissəsi Şimalda azad və müstəqil bir ölkə kimi həyat sürərkən nə üçün həmin ölkənin 40  milyondan artıq nüfuzu olan Cənubda ana dilində bir məktəbi olmasın. Özünün milli məclisi olmasın. Milli təhsili olmasın. Milli hökuməti olmasın. Hansı ki, 75 il bundan əvvəl mərhum Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı nəticəsində milli azadlıq 21 Azər hərəkatı yolu ilə öz müqədəratını təyin edib azərbaycanlı özünə ağa olmuşdu. Lakin daxili və xarici əcnəbilər və irticaçılar tərəfindən bu özgürlük pozulmuş, xalqımıza divan tutulmuşdu. Xalqımız təkcə şəhər, kənd şurları ilə kifayətlənməyərək, milli məclsi, milli hökumətini bərpa edənə qədər mübarizəni davam etdirəcək. . Tezliklə xalqımız öz məqsədinə nail olacaq. Gələcək bizimdir.

Yaşasın Azərbaycan xalqı. Yaşasın Azərbaycan Demokrat Firqəsi    

Şərhlər bağlıdır.