Azərbaycanın Güneyindən olan şair Mahmud Dəstpiş (Valeh) 87 yaşında dünyasını dəyişib.
O, məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi kimi tanınırdı. Türk dili və ədəbiyyatı üzrə mütəxəssis idi.
Mahmud bəy 1934-cü ildə Bakıda doğulmuşdu. Əslən Ərdəbildən olan şairin ailəsi ötən əsrin əvvəllərində Bakıya köçüb, sonra yenidən Ərdəbilə qayıdıb.
Şair “Salam gətirmişəm”, Türk şeirlər divanı, “Türkcə sözlük”, “Füzulidən Şəhriyara qədər”, “El sovqatı”, “Dağa dönmüşəm” və “Məşədi İbad nümayişinin tərcüməsi” kimi maraqlı əsərlər müəllifidir.
Məkanı cənnət, ruhu şad olsun.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.