DÖRD-BEŞ GÜN İDİ Kİ, KABULDAN HAKİMİYYƏT ÇEVRİLİŞİ QOXUSU GƏLİRDİ

Dörd-beş gün idi ki, Kabuldan çevriliş qoxusu gəlirdi. Amma heç kəs gümanına belə gətirmirdi ki, hakimiyyət belə asanlıqla yıxılar. Elə bil himə bənd imişlər kimi şəhərləri, iri yaşyış məntəqələrini çox asanlıqla əldən verələr. Bu nədir? Bəlkə yalnız biz idik ki, məsələdən hali olmayan. Hər halda nəticə çıxartmayaq, məsələnin əsl yekunu sonda bəlli olacaq ki, nə baş verib. Biz isə hələlik yalnız hadisələrin xronoloji ardıcıllıqla mahiyyətinə varırıq.

Öncə məsələyə elə də ciddi əhəmiyyət verilmirdi. ABŞ-ın silahlı qüvvələri tələm-tələsik paytaxt Kabulu tərk etmişdilər. Sonra BMT-nin baş katibi Kabula doğru hücumları dayandırmağa çağırdı. Bir qədər keçməmiş Əfqanıstanın prezidenti Əşrəf Qənimi “Kabulu hücuma məruz qoymamaq üçün” hakimiyyəti təhvil verməyə hazır olduğunu bildirdi. Artıq bunadək şəhər və kəndlər alınmışdı. Üstəlik Rəşid Dostum kimi tanınmış “Marşal” ləqəbli özbək komandiri sakitcə sərhəddin o tayına adlamışdı. Əfqanıstanın prezidenti isə Tacikistana sığınmışdı.

Beləliklə, Əfqanıstanda hələ hansı oyunun getdiyindən bixəbərik. Bir daha sakitcə gözləyək, görək bu işlərin axırı nə olur.

R.Hüseynzadə

Şərhlər bağlıdır.