ƏFQANISTANIN KEÇMİŞ BİRİNCİ VİTSE-PREZİDENTİ ÖLKƏNİ TƏRK ETMƏYƏCƏK

Əfqanıstanın birinci keçmiş vitse -prezidenti Əmrullah Saleh ölkəni və xalqını tərk etməyəcəyini bəyan edib.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu barədə Əmrullah Saleh özünün twitter səhifəsində yazıb.

“Mənim torpağımda. Xalqımla. Əsl səbəb və məqsədlərlə, möhkəm inamla. Bizim qanuniliyimiz zülm və qəddar diktaturaya qarşı durmaqdır”, – deyə o bildirib.

Qeyd edək ki, “Taliban” Kabilə daxil olana yaxın Əfqanıstan prezidenti Əşrəf Qani vəzifəsindən istefa verib. O, ailəsi və iki köməkçisi ilə birgə ölkəni tərk edib.

Şərhlər bağlıdır.