ƏLYAZMALAR İNSTİTUTUNDA “NİZAMİ GƏNCƏVİ” – MÖVZUSUNDA VİDEOKONFRANS

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə 30 avqust 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Gəncə Dövlət Mədəniyyət Qoruğu Nizami Gəncəvi Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi-Azərbaycanın sönməz günəşi” mövzusunda beynəlxalq onlayn konfransa fəxri qonaq qismində qatılıb. “Nizami ili” çərçivəsində təşkil olunan bu beynəlxalq tədbirdə dosent Əzizağa Nəcəfzadə “Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisinin ilkin qaynaqları” mövzusunda məruzə edib.

Qeyd edək ki, videokonfrans zamanı qardaş türk xalqı tədbirin digər fəxri qonağı Türkiyə Səlçuq Üniversitetinin əməkdaşı Ali Temizelin simasında “30 avqust Zəfər günü” münasibəti ilə təbrik edilib, Türkiyənin “Baş komandanlıq meydan müharibəsi”ndə və Azərbaycanın 44 günlük Qarabağ savaşında canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Pərvin

Şərhlər bağlıdır.