İRANIN HÜCUMU: 100-DƏN ÇOX ÖLÜ VƏ YARALI VAR

Azerbaycan-ruznamesi.org xarici mediaya istinadən xəbər verir ki, Yəmənin cənubundakı Lahic şəhərində Əl-Aned Hərbi Bazasına raket hücumu həyata keçirilib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən dəstəklənən Cənub Keçid Şurası qüvvələrinin sözçüsü Məhəmməd əl-Nakib yerli mediaya verdiyi açıqlamada hücum nəticəsində ən az 40 əsgərin öldüyünü və 60-dan çox əsgərin yaralandığını bildirib. Nakib, yaralıların bəzilərinin vəziyyətinin ağır olduğunu və ölənlərin sayının arta biləcəyini qeyd edib.  Yerli mediada hücumun İranın dəstəklədiyi “Husilər” təkilatı tərəfindən təşkil edildiyi bildirilir.

Xəbərci

 

Şərhlər bağlıdır.