KORONAVİRUS CAN ALMAĞA DAVAM EDİR

İKİ TANINMIŞ SƏNƏTÇI DÜNYASINI DƏYİŞMİŞDİR

Azerbaycan-ruznamesi.org xəbər verir ki, koronavirus daha iki tanınmış sənətkarın həyatına qəsd etmişdir. Azərbaycanın Güneyindən olan tanınmış sənətçi, Aşıq Əsgər Muradyani (Aşıq Vənyarlı) və fotoqrafçı, dizayner, musiqiçi Fərşid Əmənullahi koronavirusdan vəfat ediblər.

Aşıq Əsgər Vənyarlı 1969-cu ildə anadan olub. O, Azərbaycanın Güneyinin məşhur sənətçisi, Aşıq Əbdüləli Nurinin yetirmələrindən sayılırdı. Ustad sənətkar 30 il aşıq sənəti ilə məşğul olmuşdu.

Fərşid Əmənullahi isə 1990-cı ildə anadan olub. O, bir sıra incəsənət sahələrində, o cümlədən musiqi, fotoqraf, dizayn və teatr sahəsində fəaliyyət göstərib.

Allah rəhmət eləsin.

 

Şərhlər bağlıdır.