BAŞMAQÇI AİLƏSİNDƏN ÇIXAN MİLYONÇU

DÜNYANIN HƏSƏD APARDIĞI İNSAN

Sentyabrın 4-də Azərbaycanın məşhur milyonçularından olan Hacı Zeynalabdin Tağıyevin (1823-1924) 202 yaşını ehtiram hissi ilə qeyd etdik. Bu nə yubiley idi, amma unudulası hadisə deyildi. Necə deyərlər milyoner gəldi, ehtiyac içərisində dünyadan köçdü.

Hacı Zeynalabdin əslən cənubdan idi, amma şöhrəti nəinki Azərbaycanın, eləcə də bütün Şərqə yayılmışdı. Qısaca olaraq onun xeyirxahlıqlarını qələmə almaq üçün kağız çatışmaz. Buna görə də qısa və konkret fikirlərimizi çatdırmaq istəyirik.

Taleyi ilə barışmayan Zeynalabdin Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə (bəzi mənbələrdə 1836 və ya 1838-ci il) Bakıda kasıb, başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edib. Atası onu bənna yanına usta köməkçisi işinə qoyub. 12 yaşına çatanda Zeynalabdin artıq daş yonurdu, 15 yaşında isə bənnalıq etməyə başlayır.

Müəyyən qədər vəsait toplayan Tağıyev 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edirdi.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o, sonradan “H.Z.Tağıyev” şirkətini də yaradır.

Hacının neft və milyonlar səltənəti Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, neft buruqları ucaldılırdı. Bu, Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə başlayır.

1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü torpaqdan neft fontan vurur. “H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o, həm də neft zavodları alır.

1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layiq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur: 32 milyon pud neft hasil edir.

Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manat vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbini tikdirir. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.

Biz bu siyahıya nəzər salanda Yevlaxdakı Yun Fabrikasını, Bakıdakı Toxuculuq Kombinatını, ilk qızlar məktəbini və bir çox təhsil ocaqlarını görürük. Bəzən fikirləşirsən ki, bu qədər işlər görən bir adama Sovet Hökuməti cəmi-cümlətani bir yaşayış evini “pay-püşk” etməsi hansı əxlaqa sığandır. Lakin o özünü hüç də sındırmadı. Sakitcə öz ömrünü yaşadı. Beləcə Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülklərindən yalnız Mərdəkandakı bağ evini seçir.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam 8-in yarısında 101 yaşında vəfat edir və sentyabrın 4-də dəfn edilir.

Pərvin

Şərhlər bağlıdır.