NİYƏ REJİM AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİ HƏDƏFƏ ALIR

26 şəhrivər 1400-cü il(17 sentyabr 2021 ci il) Təbriz vaxtı ilə 20-30-da Azərbaycan Demokrat Firqəsinin Clubhouse-da “Niyə rejim Azərbaycan Demokrat Firqəsini hədəfə alır” adlı onlayn konfransı keçirildi. Konfransı aparan (moderatir) Rəhim Şahbazi və otaqda iştirak edənlər Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə, konfransın çıxçıları, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü Pərviz Kazimi, Azərbaycan Demokrat Firqəsinin beynəlxalq əlaqələr üzrə məsulu, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü Səriyyə xanım Ərdəbilli və digər iştirakçılardan ibarət idi.

Konfarns Azərbaycan Demokrat Firqəsinin Milli Himni ilə öz işinə başladı. Öncə Abdulla Əmir Haşimi Cavanşir mövzu haqda otaq iştirakçılarına açıqlama verdi. O qeyd etdi ki, 2 mordad ayında Təbriz şəhərində Azərbaycan xalqı etiraz mitinqlərində azadlıq, ədalət, Milli Hökumət şüarlarını meydanda səsləndirdikləri səbəbindən İran rejimi qəzəblənmiş və hiddətə gəlmiş, “qara yaxmağa” başlamışdır. Sonra aydınlıq gətirdi ki, rejim dövlət kanalllarında Milli Hökumətə və onun rəhbəri Seyid Cəfər Pişəvəriyə qarşı iftira, böhran xarakterli verilişlər yaymaqdadır və bununla da öz anti Azərbaycan siyasətini ifadə edir. Eyni zamanda rejim Azərbaycan xalqının mübarizəsindən sarsıldıgını nümayiş etdirir.

Konfransın gedişatında otağın “admini” İran İslam Respublikasının dövlət “Səda və sima” televizasının 3-cü kanalında, Azərbaycan Demokrat Firqəsinə qarşı qərəzli və böhtan xarakterli verilişdən paçalar səsləndirdi. “Otağın” birinci çıxışçısı Pərviz Kazimi İran TV verilişinin yalan məzmunlu proqramını araşdıraraq, “kitab yandırma” mədəniyyətinə (mədəniyyətsizliyinə) aid faşist hökumətlərdən  nümunə gətirərək, tamamilə Pəhləvi dövründə Azərbaycan xalqının mədəniyyətinə qarşı irticaçı hərəkatını ifşa etdən, dolğun məzmunlu nitq səsləndirdi.

Pərviz Kazimi çıxışında qeyd etdi ki, “Son yüz ildə, kitab yandırmaqla 1937-ci ildə Hirler faşist Almaniyası və 1946-cı ilin azər ayında faşist Pəhləvi rejimi məşqul olub. Bu fəaliyyətə görə Hitler Almaniyası Nurenberq məhkəməsində itthiam olunub. Pəhləvi rejimi isə həmin cinayətə görə hələ də ittiham edilməyib…” Sonra, Pərviz Kazimi, çıxışının birinci bölməsinin yekununda belə dedi:”İran İslam Respublikası Pəhləvi rejimi cinayətlərini özünün mirası olaraq qəbul etməsi bu gün məntiqlidir. İran İslam Respublikası Azərbaycanın milli hüquqları qarşısında cinayətkat Pəhləvi rejiminin siyasətini davam etdirir.”

Konfarnsın gedişatında Səriyyə xanım Ərdəbilli 1326-cı ildə, Milli Hökumətin süqutundan sonra, İranda nəşr olunan qazetlərdən, yazarlardan, şair və jurnalistlərdən, müxtəlif qaynaqlardan statlar gətirərək, türk dilində olan kitabların yandırılması barədə faktlar səsləndirdi, Milli Hökumətin dövründə türk dilində nəşr olunan, qazet, jurnal, kitabların Azərbaycanın müxtəlif şəhər və kəndlərində qalaq-qalaq yandırılmasını əks etdirən faktları bəyan etdi. Səriyyə xanım çıxışının ikinci bölümündə Azərbaycanın böyük şairi olan Səməd Vurğun və Həbib Sahirdən Azərbycan və türk dillərində yandırılan kitablar haqqında etiraz şeirlərini konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Konfransın gedişatında otaqın iştirakçıları “Səda və Sima”nın qərəzli verilişləri barədə çıxışlar etdilər və İran İslam Respublikasının Azərbaycan Demokrat Firqəsinə qarşı qərəzli  təbliqatının mahiyyətini açıqladılar. Konfransın sonunda Abdulla Əmir Haşimi Cavanşir yekun çıxışında, rejimin Azərbaycan Demokrat Firqəsinə qarşı hərəkətinin iki səbəbin  şərh etdi. 1-ci İran islam Respublikasının hərtərəfli böhran içində çabalaması, ictimai xəstəliklərlə dolu olan İran məsul şəxslərinin “sayıqlaması”, əlacsızlıqlarından iftiralara əl atmaları, digər tərəfdən isə Azərbaycan Demokrat Firqəsinin nüfuzunun xalqın içərisində günü-gündən artamasını qeyd etdi.

Konfransda keçirilən müzakirə bir daha göstərdi ki, Azərbaycan Demokrat Firqəsi düzgün yoldadır, həmvətənlərinin sevgi və rəgbətini qoruyub saxlayıb, xalqın milli hak və hüquqları ugrunda yeganə və etibarlı təşkilatdır.

2 saatdan artıq keçən konfrans, otağın iştirakçılarının zövqünə oxşayan Azərbaycan Milli Hökumətin marşlarının oxuması ilə bitdi.

Şərhlər bağlıdır.