İRAN REJİMİ QƏRBİ AZƏRBAYCAN OSTANINDA NİYƏ MÜNAQİŞƏ YARADIR

Abdullah Amir Haşimi Cavanşir
11 sentyabr 2021-ci il

Salam otağımızın hörmətli iştirakçıları. Sizləri izi burada görməkdən çox şadam.  Aktual mövzu haqqında, cəmi bir müsahibəni aparmaqdayam. Xidmətinizə ərz edim ki, kürd münaqişələri regionda, xüsusən Suriyadə, Türkiyədə, İraqda, İranda xüsusi diqqətə malik olan bir məsələdi. Ona görə ki, böyük dövlətlər kürdlərin üzərində müxtəlif projelər hazırlayıblar. O cümlədən, Amerika, Rusiya, Qərb ölkələri,  əsasən də məqsədləri ondan ibarətdir ki, Azərbaycan torpaqlarında, Türkiyə torpaqlarında bizim torpaqların hesabına kürdlərə məmləkət yaratsınlar. Necə ki, Ermənistanda bizim hesabımıza, Azərbaycan torpaqlarının hesabına ölkə yaratmaq istəyirlər. Bu projeni indi deyil, birinci dünya müharibəsi zamanından Fransa, İngiltərə, Amerika bizim Qərbi Azərbaycanın, Urimiyənin ətrafında həyata keçirtmək istəyiblər. O proje əsasında Azərbaycan türklərinə qarşı cilovluq qətliamı həyata keçirilib.

Göründüyü kimi bu məsələ çox köhnədi. Hətta Məşrutə dövründə də, bir neçə dəfə Simtkonu və digər kürd əşirətlərini Məşrutə hərəkatçılarına qarşı, xüsusən Təbrizə qarşı yönəltdilər. Məşrutə dövründə, Təbrizin müqavimət dövründə kürdləri, indiki Simitkonun babasının vasitəsilə Süfyan və Makı tərəfindən hucuma başladılar. O dövrdə Səttar xan onlara elə bir dərs verdi ki, arxalarına baxmadan getdilər. Kürdlərin nə qədər ölü verdikləri, həm Süfyanda, həm də Təbrizin yaxınlığında Acıçayın kənarındakı şəkilləri Əhməd Kəsrəvinin Məşrutə tarixində vardır. O şəkilləri istəyən dostlara göndərə bilərəm.

Deməliyəm ki, Kürdstan projeləri Rza xanın 1299 esfənd, Qacar sülaləsinin Əhməd şahın əleyhinə iş üstünə gəlməsi ilə, məsələ ciddiləşdi. Rza xanın qərb ilə əməkdaşlığı,  tamamilə hərtərəfli oldu. O cümlədən, azərbaycanlılara qarşı, türklərə qarşı bu əməkdaşlıq özünü göstərdi.

Rza şah iş üstünə gələndə Azərbaycan özü üçün bir məmləkət idi. Onda İran məmaliki məhrusə Qacar adlanırdı. Dörd dənə məmləkətdən ibarət idi. Azərbaycan məmləkəti, fars məmləkəti, Xorasan məmləkəti, bir də Ərəbstan Məmləkəti. Rza şah 1313-cü ildə başladı məmaliki məhruse Qacarın adını dəyişdi. Iran adı qoydu, onu 13 ostana böldü. Ostanları yaradanda Sənəntəci Azərbaycandan ayırdı. Həmədanı Azərbaycandan ayırdı, Ənzəlini də Azərbaycandan həmçinin. Sonralar Azərbaycanı şərqi, qərbi hissələrə böldü. Xəmsəni ayırdı. Daha sonralar Ərdəbili də Şərqi Azərbaycandan ayırdı. Bu ayırma projesi indi də davam edir. Lakin deməliyik ki, bu bölmələr etibarsızdı. Kağız üstə olan bir işdi. İstər Rza şah dövründə. İstər Pəhləvi, istər indiki İran İslam Respublikasının dövründə, bu ayrmalar davam etsə də, buna idari don geydirilsə də, bu bölümlərin başında qeyri türk etniklərdən qoyulsa da, Azərbaycan torpağı, Azərbaycan milləti bölünməzdi. Ənzəlidən tutmuş, ta ki Savə, Həmədan, Qəzvin, hətta Kərəc, Savucbulaq bunlar hamısı Azərbaycanın torpaqlarıdı.

Son inqilabdan sonra biz 1979-cu ildə Azərbaycan Demokrat Firqəsi olaraq heç də o şah dövrünün bölmələrini qəbul etmədik. Təşkilatımızı, Azərbaycanın bütün şəhərlərində yaratdıq. Azərbaycan Demokrat Firqəsinin məqsədi Milli Hökuməti yenidən bərpa etməkdir. Qəzvində, Kərəcdə, Astarada Azərbaycan Demokrat Firqəsinin təşklatları mövcud idilər. Mən o dövrün Azərbaycan Demokrat Firqəsinin 7 nəfər icrayə məsullardan biri olaraq, Sulduzdan, Ənzəlidən tutmuş, ta Qəzvinədək görüşlər aparıb, kənd məsulu komisiyonlarını qurmuşam. Şəhərlərin fəhlə komitələrini təşkil etmişəm. Azərbaycanın 3 vilayətindən  birinin məsulu olmuşam. O vaxt biz Gilana icazə vermədik Ənzəlidə ya Astarada təşkilat qursun. Həmin işi Qəzvində, Həmədanda da həyata keçirtdik. Azərbaycanın bütün yerlərində, tarixi torpaqlarında təşkilatlarımızı qurmuşduq. 76 il bundan əvvəl Milli Hökumət, Savucbulaqda  (indi Mahabat deyirlər) kürdlərə mədəni muxtariyyat vermişdik. Kürdlər düz demirlər ki, Cümhuriyyət verilmişdi. Necə Naxçıvan Azərbaycan çərçivəsində muxtar respublikadı, Dağlıq Qarabağ da muxtar respublikadı. Biz hələ bunlara muxtariyyat də verməmişdik. Bunlara mədəni muxtariyyat vermişdik. Tək bunlara yox, Azərbaycanın hər hansı yerində yaşayan etniklərə, Asorulara, kürdlərə, tatlara, talışlara məktəblər açmağa izn vermişdik. Azərbaycan türkcəsi, Milli Hökumət dövründə Azərbaycan türkcəsi rəsmi dövlət dili oldu. Bu gündə bizim üçün  həmin prinsiplər, qərarlar, Milli Məclisin alındığı tamam qərarlar öz qüvvəsində mötəbərdi. Bu qərarları heç bir irticai, mərkəzi, İranşəhri, istibdadi, diktatori, şovinsti, hökumətlər vasitəsilə pozula bilməz. Onların buna səlahiyyətləri çatmaz. Mərkəzi hökumətlər məşrutə qanunlarına əməl eləməlidirlər. Tamamilə onu təhrif elədilər. İndi İran İslam Respublikası öz yaratdığı konstitusiyaya 42 ildə əməl etməyibdir. Bunlar öz  səlahiyyətini itirmiş olur. Mərkəzi dövlətin haqqı çatmaz Qoşaçayda ostan yaratsın. Sulduzu kürdə versin, ya da Savucbulağı Azərbaycandan  ayırsın. Iran islam Respublikası nə qədər çalışsa daxili və xarici anti Azərbaycan, anti Türkiyə siyasətində  uğur qazana bilməyəcək. Daxili siyasətində isə anti Azərbaycan, anti Türk siyasətini davam edir. Amma bu sahədə də bacarıqsızdı. İndiyə qədər bacarmayıb İran İslam Respublikası, daxildə bacarmayıb, xaricdə də bacarmayıb. Nə Türkiyənin öhdəsindən gələ bilib, nə Azərbaycanın Xorasan türklərinin qarşısını ala bilməyəcək. Rejim nə qədər də provokasiya işlərini davam etsə də.  Bunların hamısı inkişafa qarşı maneə edici hərəkətlərdir. Bizim nigarançılığımız, Amerika, Qərb ölkələri, Rusiyə və onların qoluzorbalılardandır. Onlar vaxtaşırı Türkiyəyə qarşı çalışırdılar təzyiq eləsinlər. Edə bilmirlər. Eləcə də 30 il  Azərbaycanı  işğal altında saxlamağa cəhd etdilər. Lakin onu da edə bilmədilər.

Minsk qrupunun fəaliyəti göz qabağındadır. Qərb ölkələrində kürdlər birinci vətəndaşına kimi mübarizə aparırlar. Böyük imkana malikdirlər. Mən yaşadığım bu Avropada kürdlərin müxtəlif örgüdləri aşkarcasına fəaliyyət göstərirlər, ofisləri var. Kölndən tutmuş Parisə qədər. Onların saysız-hesabsız dəftər-dəstəkləri var. Təəssüf ki, dünyada neçə standartlı yaşanma mövcuddur. Belə işlər qəbul olunmazdı. Mühacir azərbaycanlılar başqa ölkələrdə dilin öyrənmə hüququna malikdirlər.  Lakin azərbaycanlıların İran daxilində həmin haqdan məhrumdurlar. Ona baxmayaraq 40 milyon azərbaycanlının hüququ var ki,  daxildə özünün müqəddəratını təyin etsin. Azərbaycana heç bir kömək olunmur. Köməyi olmayan bir vaxtda Rusiya, Çin, Amerika tərəfindən müstəqillik üçün kürdlərə proje yazıb pul ayırırlar. O da bizim torpaqlarımızın hesabına. Qərbi Azərbaycanda Urumiyə şəhərinə ıki arvad göndərirlər mahnı oxuyur, iki kişi göndərirlər orda onun çöpü getsin, bununla da desinlər ki, Urumiyə kürd şəhəridi. Siz yaxşı bilrsiz ki, biz İranda azərbaycanlıların fəaliyyətlərinin forması mili, mədənidi. Mitinq eləyirik, kağız yazırıq, etiraz bildiririk. Amma Cümhuri İslami özü yaxşı bilir ki, həmin kürd partiyalar, o cümlədən Kürdüstan, Kürd Demokrat Partiyası, PKK, PJAK, və sairə komlə hamısı silahlı qüvvələrdir. Bunların  ölkələri, zavodları yoxdur ki, silah istehsal etsinlər. Deməli bu silah hardan gəlir? Bu silahlar yəqin ki, qaçaq yolu ilə.  Bu qaçağı kim eləyir? Bu qaçağı qaçaqçı dövlətlərinin içərisində rüşvətxor məmurlar var ki, onlardan alırlar. Bunların pulu hardandı? Yəqin ki, bunlar çirkli pullarının yuyulmasından əldə edilir. Görünür ki, bu partiyaların işi həm görünən, həm görünməyən tərəfləri, qaçaqçılıqla, oğurluqla əlaqədardı. Biz bilir ki, azərbaycanlıların mədəni fəaliyyətində proşu tutulanda 15 il həbs cəzası verilir. Amma  kürd təşkilatı 42 ildir ki, silahlıdı və günün günorta çağı silahlarını sallaya-sallaya gəzirlər.  Hizbi Demokrat Kürdüstan 42 ildi ki, bizim Sulduzda, Savicbulaqda, kəndlərimizdə  silah gəzdirir.

Bir qısa xatirəni sizə danışım: İnqilabdan sonra siyasi fəaliyətə başlanmışdı. Lakin kürdlər inqilaba qarşı çıxdıqda bu haqdan məhrum olmuşdular. Onlar Marağa şəhərində  dəftər açmaq əzmindəydilər. Sonra Marağanı Kürd şəhərinə çevirsinlər. Biz Azərbaycan Demokrat Firqəsindən iki nəfər onlara müraciət edərək “Bu işə sizin  haqqınız çatmaz ki, dəftər açasınız – dedik. – Bura Azərbaycan torpağıdır. Yəni Azərbaycan torpağında Hizbi Demokrat Kürdüstanın istəyir Savucbulaqda, istəyir heç yerdə haqqı fəaliyyət siyasi yoxdur”. Bir qaçaq təkin girib bir yerdə qala bilərdilər. Humanist insan təkin gedib onun boğazından çəkib çıxartmırıq. Sulduz nədi, Hizbi  Demokrat Kürdüstan nədi. Həmçinin  Savucbulaq, həmçinin Urumiyə. Azərbaycanlılardan başqa heç bir  əcnəbinin, ona mənsub təşkilatın haqqı – hüququ yoxdur bizim ərazimizdə siyasi fəaliyyət, siyasi təbliğat,  siyasi dəftər-dəstək açsın və torpaq iddiaları aparsın. Biz bunu dəfələrlə demişik. Bu işlərin pis nəticələrinin məsuliyyətləri kürd partiyalarının üzərinə düşür. Diktator rejimi gedəndən sonra Azərbaycan öz haqqını müəyyənləşdirəndə tamam bu hesab kitablar aydınlaşacaq. Yəni Azərbaycanın qərbi ki, bizim ərazimizin bir hissəsidi. Düzdür Pəhləvi rejimi Azərbaycan adını şəhərlərin üstündən götürübdü. Lakin bunlar hamısı etibarsızdı.  Baxmayaraq ki, bu gün bəzilərində kürdlər yerləşdirilir və onların əlinə Mərkəzi Hökumət tərəfindən silah verlir. Amma illərdi ki, bizim ərazimizdə, Savucbulaqda, Urimiyədə kürd silahlı dəstələr mövcuddur. Axı türk vətəndaşları burada bağçılıq edir. Biri  məktəbə gedir. O biri zavodda işləyir.  Biri əkin əkir. Digəri cüt sürür. Bir başqası isə tarlada çalışır. İndi bizə deyin görək bu işçılər evdə ailəsini qorusun, yoxsa bunları buraxıb, kürd silahlı dəstələri ilə mübarizə aparsın. Bu çarəsizlik mərkəzi dövlətin vicdansızlığıdır. Azərbaycanın qərbi də vətəndaşlarının əmniyyət və təhlükəsizliyini təmin etmir.  Azərbaycan vətəndaşı evində xanımını, həyat yoldaşını evdə rahat qoya bilmir ki, getsin cütün sürsün. Çünki kürd silahlı dəstələr orda covlan edirlər. İndi biz silahlı dəstələrə deyirik ki, bu işilərinizdən əl çəkin. Həmin təhlükələr sizin öz ailənizin başına gələ bilər. Bunun nəticəsi sizin üçün ağır olar. Biz illərdi buna dözürük. Silahlı dəstələr gəlir Urumiyədən istəyir keçə. Biz buna heç vaxt razılıq verməyəcəyik. Bu həm insani cəhətdən, həm də beynəlxalq hüquq nöqteyi – nəzərindən, düz deyil, qadağandır. Bunların bir çoxları da  dünyada məhkum olublar. İran – İraq savaşında, şah dövründə 70 min nəfər gəliblər mühacir olublar, izin verilib, iş verilibdi. Tamam Azərbaycan torpaqlarının, Azərbaycan xalqının vergisinin hesabına yaşayıbsınız. Çox təşəkkür edirəm bu vaxtı mənə verdiniz.  Bu məsələ çox diqqətli, hərtərəfli ölçüb-biçilməlidi. Biz də, Güney Azərbaycanda fəaliyyət göstərən təşkilatlardan ibarət bu məsələni  çox soyuqqanlıqla izləyirik.

 

Şərhlər bağlıdır.