Azerbaycan-ruznamesi.org “Bütöv Azərbaycan Ocaqları”na istinadən xəbər verir ki, Güneyimizin Qərb əyalətində quraqlıq şiddətlənib. Bu barədə əyalətin Regional Su Şirkətinin başçısı Yasir Rəhbərdin açıqlama verib.
Yasir Rəhbərdin Urmu gölündə suyun səviyyəsinin daha 61 santimetr azaldığını deyib.
Urmu gölünün son durumu ilə bağlı mətbuata verdiyi açıqlamada Yasir Rəhbərdin deyib ki, göldə su səviyyəsinin hazırda 1270.63 sm-dir. O, bunun ötən il 1271.24 olduğunu və bu müddət ərzində Urmu gölündə su səviyyəsinin 61 sm azaldığını bildirib.
Regional Su Şirkətinin rəhbəri 4 oktyabr tarixində qeydə alınan göstəricilərə əsasən Urmu gölünün hazırkı sahəsinin 2078 kvadratkilometr olduğunu, ötən ilin oxşar dövründə isə bunun 3432 kvadratkilometr təşkil etdiyini və bir il müddətində göl sahəsinin daha 1354 kvadratkilometr kiçildiyini qeyd edib.
“Hazırda Urmu gölündə mövcud olan su həcmi 2 milyard 670 milyon kubmetrdir. Bu ötən ilin oxşar dövrünün göstəricilərinə görə 1 milyard 980 milyon kübmetr azdır”-deyə, Y.Rəhbərdin bildirib.
O, əyalətdə quraqlığın şiddətləndiyi, bunun daha ciddi problemlərə səbəb olacağı barədə xəbərdarlıq edərək, əyalətdə yağıntı miqdarının uzun müddətli dövrlə müqayisədə 65.4% azaldığını söyləyib.
Şərhlər bağlıdır.