“SAAKAŞVİLİYƏ AZADLIQ!” –  AZƏRBAYCANLILARDAN QEYRİ-ADİ DƏSTƏK

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları onun azad olunması tələbi ilə Tbilisidəki parlament binasının qarşısına toplaşıblar.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, aksiyanı Saakaşvilini ölkəyə qaytarmaq üçün xalq hərəkatı yaradan Gürcüstan müxalifətinin Qanun və Ədalət Partiyasının lideri Tako Çarkviani təşkil edib.

Etirazçıların əllərində Gürcüstanın milli bayraqları və Saakaşvilinin fotoları var.Siyas

ətçinin azad edilməsini tələbi ilə daha geniş miqyaslı aksiyanın oktyabrın 14-də Tbilisinin mərkəzində keçirilməsi planlaşdırılır.

Yeri gəlmişkən, bundan əvvəl Gürcüstanın Saqareco rayonu Muğanlı kəndinin bir qrup sakini sabiq prezident Mixail Saakaşvilinin saxlanıldığı türmənin qarşısında keçmiş prezidentə dəstək aksiyası keçiriblər.

Etnik azərbaycanlılar aksiyaya kənd sakinlərindən toplanan məhsullar və eks-prezidentin adına kəsilmiş quzu da gətiriblər. Soydaşlarımız sabiq dövlət başçısını aclığı dayandırmağa çağırıblar.

Muğanlı sakinləri bildiriblər ki, M.Saakaşvili Gürcüstanın gələcəyidir. Onların sözlərinə görə, üçüncü prezidentin hakimiyyəti dövründə bütün vətəndaşlar bərabər idilər.

Aksiyanın sonunda “Yaşasın Mixail Saakaşvili!” şüarı səsləndirilib.

Kənd sakinləri ərzaq məhsullarını həbsxana yaxınlığında bir həftədən çoxdur çadır quran və sabiq dövlət başçısının azadlığını tələb edən Batumi sakini Tariel Mekeidzeyə təqdim ediblər. O bildirib ki, həbsxana rəhbərliyinin icazəsi ilə quzunu məhbuslara çatdıracaq.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, o, hazırda Rustavi şəhərindəki həbsxanadadır.

Şərhlər bağlıdır.