İŞİD-İN KEÇMİŞ LİDERİNİN MÜAVİNİ YAXALANDI

XÜSUSİ ƏMƏLİYYAT

İraqın Baş naziri Mustafa əl-Kazimı İŞİD terror qruplaşmasının əsas fiqurlarından birinin ələ keçirildiyini bildirib.

Azerbaycan-ruznamesi.org İraq hökuməti rəhbərinin bu barədə “Tvitter”də yazdığını göstərib.

Onun sözlərinə görə, öldürülən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin müavini Sami Casim ölkənin təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində tutulub.

Məlumata görə, Casim təşkilatın maliyyələşdirilməsinə məsuldur.

Xatırladırır ki, Bağdadi ABŞ hərbçilərinin 2019-cu ilin oktyabrında Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb. ABŞ Dövlət Departamenti o vaxt Casim də daxil olmaqla İŞİD liderlərinin yeri barədə məlumat verənlərə mükafat vəd etmişdi.

Nazim

Şərhlər bağlıdır.