Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Əfqanıstandaki terrorçuların sayı barədə məlumat verib. O bildirib ki, terror strukturlarının sayı 20-dən çoxdur.
Patruşev bildirib ki, “Əfqan istiqamətindən gələn əsas təhlükə terrorizm olaraq qalır. Müxtəlif hesablamalara görə, hazırda Əfqanıstanda ümumi sayı 23 mindən çox yaraqlı, 20-dən çox terror strukturu fəaliyyət göstərir”.
Katib həmçinin vurğulayıb ki, Əfqanıstandan qaçqınların sayının artması regional sabitliyə təhlükədir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.