PƏRƏSTİŞKARI TƏRƏFİNDƏN ASILAN, DƏRİSİ SOYULAN, VƏHŞİCƏSİNƏ GÜLLƏLƏNƏN – EDAM OLUNAN YAZARLAR

Federiko Qarsiya Lorka – XX əsrdə yaşamış məşhur ispan şairi. O, İspaniya vətəndaş müharibəsinin başlanğıcında 38 yaşında olarkən milliyətçilər tərəfindən öldürülmüşdür.

İsaak Babel – XX əsr rus yazıçısı. Antisovet təbliğatçısı kimi həbs olunub, daha sonra öldürülmüşdü.

Tomas Mor – İngilis yazar. “Ütopya” əsəri ilə məşhurdur. VIII Kral Henrinin kilsənin başına keçmək istəyinə qarşı çıxdığına görə xain elan olunaraq edam edildi. Ölümündən 400 il sonra Papa tərəfindən müqəddəs adlandırıldı.

Nef-i – XVII əsr IV Murad dövründə yazıb-yaradan bu şair divan ədəbiyyatının ən böyük həcv şairlərindən hesab olunur. Padşah onun tikanlı şeirlərinə qadağa qoysa da, buna məhəl qoymadan yazmağa davam etmişdi. Və elə bu səbəbdə də edam olunmuşdu.

Olimpiya de Quj – XVIII əsr fransız yazıçısı. Daha çox pyesləri ilə məşhurlaşmışdı. Sonradan siyasi yazılar yazmağa başladı. Xüsusi ilə Fransa inqilabında aktiv yazılarla çıxış etmişdi. Edam qərarının ləğvi, azadlıq, məhkəmə sisteminin ədalətliliyi, yoxsulluq və s. mövzularda mübarizə aparırdı. Lakin Olimp ən çox qadınların hüququnun qorunması üçün yazılar yazmışdı. O, düşünürdü ki, ədalətsizliyin və bərabərsizliyin mənbəyi kişilərin qadınlar üzərindəki hökmranlığından qaynaqlanır. Bu fikirləri səbəbi ilə 1793-cü ildə edam olundu.

Pir Sultan Abdal – XVI əsrdə yaşamış ələvi şairi, ozan. Türkiyənin Sivas bölgəsində yaşayan və ozana heyranlığıyla tanınan, sonradan Sivasın valisi təyin olunan Hızır Paşa tərəfindən edam edilib. “Çeke sancağı götüre, Şah İstanbul’a otura” – bu misrasıyla Səfəvi dövlətinin tərəfini tutduğu üçün edam olunduğu söylənilir.

Fiqani – Qanuni Sultan Süleyman dövründə yaşamış şair. Sədrəzəm Parqalı İbrahimə yazdığı həcvə (“Cihan tapınağına iki İbrahim geldi, biri put kırıcı, digəri ise büt tikən oldu”) görə edam olunmuşdu.

İmadəddin Nəsimi – Hürufilər Əmir Teymur tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub, dərisi soyulub.

Əhməd Cavad – Bir neçə ehtimala görə, şair sürgündə həyatını itirib. Əslində isə Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib.

Mikayıl Müşfiq – Stalin repressiyalarının qurbanlarından olub. 1938-ci ildə Nargin adasında güllələnib.

Bəkir Çobanzadə – ədəbiyyatşünas, şair, türkoloq, dilşünas. 1937-ci ilin yanvar ayının 28-də Kislovodskinin “Qornyak” sanatoriyasında xanımı ilə dincələn professor həbs edilib, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilir. Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir. 1938-ci il, oktyabrın 13-də hökm icra olunur.

 Kulis.az

Şərhlər bağlıdır.