“Oğullarım! Millətin rifahını,səadətini qorumaq üçün sizlərə qoyduğum vəsiyyəti və nəsihətləri yaxşı oxuyun, əsla unutmayın, yerinə yetirin.
Millətin dərdlərinə dərman tapmaq vəzifənizdir. Zəifləri qoruyun, yoxsulları zənginlərin zülmünə salmayın. Ədalət və yaxşılıq etmək düsturunuz, rəhbəriniz olsun. Mənim kimi uzun səltənət sürmək istəyirsiniz qılıncınızı yaxşı düşünərək çəkiniz. Bir kərə çəkdikdən sonra onu ustalıqla işlədiniz. Aranızda nifaq toxumları əkilməməsi üçün diqqətli olun. Bəzi həmsöhbətləriniz və düşmənləriniz nifaq toxumu səpməyə, bundan faydalanmağa çalışacaqlar. Ancaq vəsiyyətimdə sizə hakimiyyət şəklinin ən əsaslarını göstərdim. Bunlara sadiq qalsanız tac başınızdan düşməz.
Məndən sonra xaqan Pir Məhəmməd Cahangir olacaqdır. Ona mənə itaət edər kimi itaət edəcəksiniz Sərkərdələrim! İndi itaətə and içiniz!”
Əmir Teymur 19 mart 1405-ci ildə vəfat etdi. Son sözü “Lailahə İlləllah” oldu. Cənazəsini mumiyalayaraq Səmərqəndə apardilar. Sağlığında çox sevdiyi nəvəsi Məhəmməd Sultan üçün tikdirdiyi türbədə nəvəsinin yanında dəfn edildi.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.