ABŞ DÖVLƏT DEPARTAMENTİ: “ƏL-QAIDƏ” LİDERLƏRİ TEHRANDA YAŞAYIR”

ABŞ Dövlət Departamenti “Əl-Qaidə” liderlərinin Tehranda yaşadığını iddia edir. Artıq bu məsələ bir çox informasiya agentliklərində və saytlarda genişliyi ilə yayılmaqdadır. Terrorla Mübarizə üzrə Koordinatorunun səlahiyyətlərini icra edən Con Qodfri bildirib: “Biz “Əl-Qaidə” liderlərinin Tehranda və Tehran ətrafında yaşamaqda davam etməsindən və onlara öz işlərində yardım göstərilməsindən dərin narahatlıq keçiririk”.

Qeyd edək ki, bu məlumat  ABŞ Dövlət Departamentinin dünyada terrorizmlə mübarizəyə dair növbəti illik hesabatının dərc edilməsi ilə bağlı keçirilən xüsusi onlayn brifinqdə səslənib. O, Tehran hökuməti “Əl-Qaidə” şəbəkəsinin nümayəndələrinə “İranda təhlükəsiz yaşamağa” icazə verdiyindən narahat olduğunu bildirib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.