ALİ-XƏLİFƏ SİZ DƏ QƏZZAFININ VƏ İRAN ŞAHI PƏHLƏVİNİN AQİBƏTİNDƏN QAÇA BİLMƏYƏCƏKSİNİZ

Bu günlərdə müxalif mətbuatda 31 yanvar 2017-ci ildə Ali-Xəlifəyə ünvanlanmış xəbərdarlığın surəti yenidən dərc edilib. Məktubda deyilir:

Ali-Xəlifə İran şahı Pəhləvi və Qəzzafinin aqibətindən dərs almalıdır. Nahaq axıdılan qanların haqqını verəcəyiniz gün qarşıdadır.

Bu dörd il əvvəlin xəbərdarlığıdır. Bir daha təkrar edirik.

Ayətullah Məkarim Şirazi bu gün səhər Qum elm mərkəzinin ustad və tələbələrinin iştirakı ilə Məscidul-Əzəmdə keçirilən fiqhin ali mühazirələrinin sonunda Bəhreyn hakimlərinin xalqa və ölkə alimlərinə qarşı cinayətlərini məhkum edərək bildirdi: Son zamanlar Ali-Xəlifə Bəhreynin inqilabçı xalqına, xüsusilə Şeyx İsa Qasıma qarşı kəskin addımlar atmaq qərarına gəlib.
O əlavə etdi: Bugün hövzə ustad və tələbələri saat 10:00-dan sonra dərslərini buraxıb, Bəhreyn hakimlərinin qeyri-insani hərəkətlərini toplum şəkildə məhkum və belə addımlardan bezarlıq etsin.
Ayətullah Məkarim Şirazi Ali-Xəlifəyə müraciətlə bildirdi: Ali-Xəlifə İran şahı Pəhləvi və Qəzzafinin aqibətindən dərs almalıdır. Nahaq axıdılan qanların haqqını verəcəyiniz gün qarşıdadır.

Burada Vilayəti-Fəqiq rejiminin əli qana batan barmaqlarını gizlətmək nə qədər çətin olsa da fakt budur, Bəhreyin tiranına ünvanlanan ittihamlar elə onun özünə də aiddir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.