MƏSUD AŞİNA BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLDÜ

Məsud Aşina Bakıda mənimlə eyni yerdə, Yasamalda, bir binada yaşayıb. Bakıda Tibb Universitetini bitirib. Hazırda Kopenhagen Universitetinin professorudur.

Qardaşı Səid Aşina isə Amerikada, Harvard Universitetinin professorudur. Belə desək, onlar Azərbaycandan çox-çox uzaqlarda böyük şöhrət qazanıblar.

Məsud böyük qardaşdır, Səid kicik. Ataları Rüstəm kişinin övladlarını neçə-neçə Avropa dövlətində sayımlı-seçimli bir mütəxəssis, yaxşı insan kimi tanıyırlar. Başqa cürə də ola bilməzdi. Onlar 21 Azər hərakatının iştirakçısı Rüstəm əminin övladlarıdır. Atasının inqilabi fəaliyyəti barədə fəxr doğuran söhbətlər edirlər.

Məsud Aşına tibb sahəsində böyük uğura imza atıb. Dünyada ilk azərbaycanlı professordur ki, Dünya Başağrılar Təşkilatının prezidentidir. Onun həmin vəzifəyə seçilməsinə böyük həvəslə səs veriblər.

M.Aşina bu yaxınlarda Türkiyə cumhur başkanı Rəcəb Tayib Ərdoğandan “Türkiyə Bilim” ödülünü almalı idi. Təəssüf ki, koronavirus artdığı bir dövrdə həmin ölkəyə gedə bilmədi.

Hər halda səfər baş tutmasa da biz onun uğuru ilə fəxr edirik.

Səfər Sadiqi,

Danimarka “Vətən” Cəmiyyətinin sədri 

Şərhlər bağlıdır.