ALİ RƏHBƏR XAMENİEİNİN ƏFVİ

NOVRUZ BAYRAMINA GÖRƏ 741 NƏFƏR HƏBSDƏN AZAD OLUNACAQ

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei Novruz bayramı ilə əlaqədar humanizm və insanpərvərlik prinsiplərinə əsaslanaraq, bir qrup məhkumun əfv edilməsinə dair sərəncam imzalayıb.

Azerbaycan-ruznamesi.org yerli KİV-ə istinadən bildirir ki, İranın Cəzaçəkmə Müəssisələrinə Nəzarət İdarəsi 741 məhkumun əfv olunması üçün Ali Rəhbərə təklif verib. Ali Rəhbər isə İran Konstitusiyasının 110-cu maddəsini rəhbər tutaraq məhkumları əfv edib.

Əfv olunan məhkumların bir qismi azadlığa buraxılıb, digərlərinin isə cəzaları yüngülləşdirilib.

İlk baxışda əfvə düşənlərin sayı nəzərə çarpır. Lakin ölkə həbsxanalarında çürüyənlərin sayı minlərcədir və bu rəqəm gözdən pərdə asma görüntüsü yaradır. Minlərcə siyasi dustağın taleyi çöpdən asılıdır. Onlar güllələnir, asılır, vaxtaşırı şallağa məruz qalırlar. Bax budur, İransayağı humanizm.

Şərhlər bağlıdır.