SOSİAL MEDİA FƏALLARI ƏHƏRİN POLİS RƏİSİNİN HƏDƏFİNDƏ

Güney Azərbaycanın Əhər şəhərinin polis rəisi Qudrət  Ağapur sosial şəbəkə fəallarından şikayətlənib.

Təbriz Turan TV Qudrət  Ağapuriun mediaya verdiyi açıqlamada sosial media istifadəçilərinin “qaydalara riayət” etmədiyini bildirib. O, İran rəsmilərinin sosial media istifadəçilərinə qarşı məhdudiyyətlər qoyulması ilə bağlı təkliflərini təkrar edib.

Polis rəisi rəsmilərin məlumatların yayılması, aksiyalara çağırış və digər hərəkətlərin qarşısının alınması üçün etdikləri çağırışların vətəndaşların asayişinin qorunmasına xidmət göstərmədiyini bildirib.

Belə ki, son aylar İran rəsmiləri, məhkəmə sistemi başçıları internet və sosial media istifadəçilərinə nəzarətin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər.

Polis rəisi Əhər şəhərində silah-sursat aşkarlanma hallarının ötən ilin oxşar dövrü ilə müqayisədə 40 faiz çoxaldığını deyib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.