Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədovanın müəllifi olduğu “Məmməd Səid Ordubadi memuarı: “Həyatım və mühitim” adlı monoqrafiya işıq üzü görüb.
Monoqrafiyada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadinin “Həyatım və mühitim” memuarı əsasında yazıçının həyat və fəaliyyəti incələnmiş, əsərin əlyazma və nəşr variantları müqayisə edilərək nüsxə fərqləri göstərilmiş, dövrün ictimai-siyasi, tarixi vəziyyəti təhlil edilmiş, adıgedən memuarın yazıçının romanları ilə əlaqəsi, eləcə də əsərin bir yazılı abidə kimi dili və bədii ifadə xüsusiyyətləri nəzərə çatdırılmışdır.
Qeyd edək ki, M.S.Ordubadinin 150 illik yubileyi münasibətilə nəşr olunan yeni monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, rəyçiləri filologiya elmləri doktoru, professor Tərlan Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.